Azərbaycan və Özbəkistan imzaladıqları Anlaşma Memorandumundan irəli gələn məsələləri müzakirə edib
- 22 avqust, 2023
- 07:59
Yeniliklərdən dərhal xəbərdar olun!
İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Özbəkistanın Ticarət və Sənaye Palatası ötən il Daşkənddə imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələləri müzakirə ediblər.
“Report” xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Sədrin sözlərinə görə, bu məqsədlə Palatanın sədri Davron Vahabovla görüşüb. Görüşdə Anlaşma Memorandumu çərçivəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Davron Vahabovla görüşdük. Görüşdə ötən il #KOBİA və palata arasında Daşkənddə imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələləri və #əməkdaşlıq imkanlarını nəzərdən keçirtdik. pic.twitter.com/zcs7VDVHpf
— Orkhan Mammadov (@MammadovOrkh) August 22, 2023