Azərbaycan və Çin yeni enerji vasitələrində əməkdaşlığı gücləndirə bilərlər

Azərbaycan və Çin yeni enerji vasitələrində əməkdaşlığı gücləndirə bilərlər Azərbaycan və Çin arasında yeni enerji vasitələri (NEV) sektorunda regional yaşıl transformasiyanın daha gücləndirilməsi istiqamətində sinerji gözlənilir.
Biznes
26 Aprel , 2024 12:26
Azərbaycan və Çin yeni enerji vasitələrində əməkdaşlığı gücləndirə bilərlər

Azərbaycan və Çin arasında yeni enerji vasitələri (NEV) sektorunda regional yaşıl transformasiyanın daha gücləndirilməsi istiqamətində sinerji gözlənilir.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov “Global Times” qəzetinə eksklüziv müsahibəsində bildirib.

"Çinin NEV sahəsində əməkdaşlığa dair mövqeyini yüksək qiymətləndirik və yaşıl transformasiyanı gücləndirmək üçün əlaqələrin gücləndirilməsinə ümid edirik. Azərbaycan heç bir məhdudiyyət qoymadan Çin ilə iqtisadi və ticarət əlaqələrini inkişaf etdirməyə hazırdır. Xüsusən iki ölkə arasında yeni enerji sənayesində daha dərin əməkdaşlıq potensialı var. Dünya yaşıl enerjiyə keçiddə həlledici məqamdadır. Bu səbəbdən davamlı inkişaf və “qazan-qazan” prinsipi ilə Çin şirkətləri ilə əməkdaşlığı dərinləşdirməyə ümid edirik", - deyə o qeyd edib.

Bu həftənin əvvəlində Azərbaycanın Çindəki səfirliyinin investisiya təşviqi ilə bağlı keçirdiyi tədbirdə çıxış edən B.Hüseynov bildirib ki, Çinin yeni enerji sahəsində əldə etdiyi əlamətdar nailiyyətlər hamıya məlumdur və son dərəcə tamamlayıcı əməkdaşlıq uğurla davam etdirilir: “Bu yaxınlarda Azərbaycan NEV-lə işləyən avtomobil zavodunun tikintisi üçün tender prosesinə başlayıb. Çinin avtomobil istehsalçısı BYD tenderin qalibi olub, Azərbaycanda birgə müəssisənin yaradılması və elektrik avtobuslarının istehsalı xəttinin yaradılması ilə bağlı müqavilə imzalayıb. Azərbaycan paytaxt Bakıda daxili yanma mühərriki ilə işləyən avtobusları mərhələi şəkildə elektrik avtobusları ilə əvəz etməyi planlaşdırır. Bundan başqa, Azərbaycan enerji depolama layihələrinin həyata keçirilməsi ilə bağlı Çinin litium-ion akkumulyator şirkəti “Contemporary Amperex Technology” ilə danışıqlar aparır”.

“Global Times”ın Azərbaycanın Çindəki Səfirliyindən əldə etdiyi məlumata görə, qurum yaşıl transformasiyanı fəal şəkildə təşviq edir və səfirliyin yanacaqla işləyən maşınlarını BYD-nin NEV-ləri ilə əvəz edilməsi də daxil olmaqla bu sahədə Çin şirkətləri ilə əməkdaşlığı gücləndirir. Hər iki ölkənin dünya miqyasında iqlim dəyişikliyi ilə mübarizədə getdikcə daha mühüm rol oynaması səbəbi ilə yaşıl enerji sektorunda daha sıx əməkdaşlıq nəzərdə tutula bilər.

“Hər iki ölkənin yaşıl enerji gündəmində yüksək dərəcədə konsensusa malik olduğunu hesab edirəm. Çin, külək və günəş enerjisi ilə yanaşı, elektrikli nəqliyyat vasitələri sektorunda da liderliyi ələ alır və öz nailiyyətlərini digər ölkələrlə bölüşməyə hazırdır. Bu da, onun açıq və “qazan-qazan” pirinsipi ilə əməkdaşlıq etmək istəyini nümayiş etdirir", - deyə səfir qeyd edib.

B.Hüseynov əlavə edib ki, Çin şirkətləri enerji transformasiyasına nail olmaq üçün digər ölkələrdən olan şirkətlərlə açıq əməkdaşlıq edir: "Müəyyən media orqanlarının bunu necə qəbul etməsindən asılı olmayaraq, mən Çinin açıq və əməkdaşlıq münasibətini çox yüksək qiymətləndirirəm".

Xatırladaq ki, bu ilin noyabr ayında Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası keçiriləcək. Ötən ay ekologiya və təbii sərvətlər naziri və COP29-un prezidenti Muxtar Babayev nümayəndə heyəti ilə birlikdə Çinə səfər edib. Bu, Çinin iqlim dəyişikliyi konfransından gözləntilərini anlamaq üçün ölkənin COP komandasının xaricə ilk səfəri olub.

Son xəbərlər

Orphus sistemi