Azərbaycan və Böyük Britaniya iqtisadi tərəfdaşlığın genişləndirilməsi istiqamətlərini müzakirə edib

Azərbaycan və Böyük Britaniya iqtisadi tərəfdaşlığın genişləndirilməsi istiqamətlərini müzakirə edib Azərbaycan və Böyük Britaniya arasında energetika, bərpa olunan enerji sahəsində birgə layihələr və iqtisadi tərəfdaşlığın genişlənməsi məsələləri müzakirə edilib.
Biznes
31 May , 2023 14:19
Azərbaycan və Böyük Britaniya iqtisadi tərəfdaşlığın genişləndirilməsi istiqamətlərini müzakirə edib

Azərbaycan və Böyük Britaniya arasında energetika, bərpa olunan enerji sahəsində birgə layihələr və iqtisadi tərəfdaşlığın genişlənməsi məsələləri müzakirə edilib.

"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Elnur Əliyev özünün tviter hesabında yazıb.

"Böyük Britaniya Ticarət Palatasının aylıq görüşündə həmçinin ölkəmizin “yaşıl” enerji strategiyası, Britaniya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyəti və digər məsələlər barədə sualları cavablandırdıq", - E. Əliyev qeyd edib.

Son xəbərlər

Orphus sistemi