Azərbaycan Ukraynadan ən çox şəkər idxal edən üçüncü ölkədir

Azərbaycan Ukraynadan ən çox şəkər idxal edən üçüncü ölkədir Bakı. 24 yanvar. REPORT.AZ/ 2017/2018 marketinq ilində Ukraynadan Azərbaycana 43 600 ton şəkər ixrac edilib.
Biznes
24 Yanvar , 2019 16:11
Azərbaycan Ukraynadan ən çox şəkər idxal edən üçüncü ölkədir

Bakı. 24 yanvar. REPORT.AZ/ 2017/2018 marketinq ilində Ukraynadan Azərbaycana 43 600 ton şəkər ixrac edilib.

“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “Ukrsaxar” Milli Şəkər İstehsalçıları Assosiasiyasının dərc etdiyi hesabatda deyilir.

Məlumata görə, Azərbaycan bu ölkədən ən çox şəkər idxal edən ölkələr arasında üçüncü yeri tutur.

Belə ki, 2017-ci ilin sentyabrından 2018-ci ilin sentyabr ayına qədər hesablanan marketinq ilində Ukrayna şəkər istehsalçıları, ümumilikdə, 560 400 ton şəkər ixrac edblər. Bu daha əvvəlki marketinq ili ilə müqayisədə 27% azdır. İxrac edilən şəkərin ümumi dəyəri isə 221 mln. ABŞ dolları təşkil edib.

Ukrayna istehsalı olan şəkər, əsasən, Özbəkistana ixrac edilib. Ötən il bu ölkəyə 209 900 ton şəkər ixrac edilib. Sonrakı yeri isə Türkiyə tutur. Ukraynadan Türkiyəyə ötən il ərzində 48 min ton şəkər ixrac edilib.

Azərbaycandan sonra həcminə görə daha çox şəkər Şri-Lankaya (40 200 ton) və Liviyaya (39 400 ton) ixrac edilib.

Mütəxəssislərin proqnozlarına görə, növbəti maliyyə ilində Ukraynanın şəkər ixracı 7% artaraq 600 min tona çata bilər. Onların fikrincə, növbəti marketinq ilində yenə də əsas idxalçı ölkələr Özbəkistan, Türkiyə və Azərbaycan olacaq. 

Son xəbərlər

Orphus sistemi