Azərbaycan üç ölkədən yük avtomobili idxalını bərpa edib
- 05 dekabr, 2023
- 12:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 79,1 milyon ABŞ dolları dəyərində 5 min 62 ədəd yük avtomobili idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 7,4 %, kəmiyyət olaraq – 41 % çoxdur.
Hesabat dövründə Azərbaycan Almaniyadan 32,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 46 % çoxdur) 3 min 834 ədəd (+64 %), Çindən 28,4 milyon ABŞ dolları dəyərində (+24 %) 576 ədəd (+27 %), Yaponiyadan 4,4 milyon ABŞ dolları dəyərində (+2 %) 172 ədəd (+15,4 %), İtaliyadan 2,9 milyon ABŞ dolları dəyərində (+94 %) 89 ədəd (+25 %), Rusiyadan 2 milyon ABŞ dolları dəyərində (-68 %) 74 ədəd (-62 %) yük avtomobili alıb.
Azərbaycan 8 ilin tamamında Böyük Britaniyadan (68 min ABŞ dolları dəyərində 1 ədəd), 4 il 3 aydan sonra İrandan (10,3 min ABŞ dolları dəyərində 1 ədəd) və 1 il 1 aylıq fasilənin ardından (31,5 min ABŞ dolları dəyərində 6 ədəd) Rumıniyadan tədarükü bərpa edib.
2022-ci ildə Azərbaycana (19 ölkədən) idxal edilmiş 5 min 127 ədəd yük avtomobilin 66,4 %-i Almaniyanın payına düşüb.