Azərbaycan tütün və tütün məmulatlarının idxalını kəskin azaldıb

Azərbaycan tütün və tütün məmulatlarının idxalını kəskin azaldıb Bu ilin yanvar-avqust aylarında Azərbaycana 53,8 milyon ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.
Biznes
19 Sentyabr , 2020 15:25
Azərbaycan tütün və tütün məmulatlarının idxalını kəskin azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 53,8 milyon ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,6 milyon ABŞ dolları və yaxud 28,7% azdır.

Hesabat dövründə tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 0,8%-ni təşkil edib.

Bu ilin ilk 8 ayı ərzində Azərbaycandan 9,4 milyon ABŞ dolları dəyərində tütün və onun sənaye əvəzediciləri ixrac edilib. Bu isə illik müqayisədə 0,6 milyon ABŞ dolları və yaxud 6% azdır. 

Hesabat dövründə tütün və onun sənaye əvəzedicilərinin ixracı ümumi ixracın 0,1%-i qədər olub. 

Son xəbərlər

Orphus sistemi