Azərbaycan Türkiyəyə orqanik gübrə tədarükünü bərpa edib
- 02 iyul, 2024
- 06:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 865 min ABŞ dolları dəyərində 692 ton heyvan və bitki mənşəli gübrə (orqanik) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6,4 %, kəmiyyət olaraq – 71 % çoxdur.
Azərbaycan Türkiyədən 790,7 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 59 % çoxdur) 651 ton (+93 %), İtaliyadan 47,9 min ABŞ dolları dəyərində (-82 %) 15,6 ton (-64 %) və Çindən 26,4 min ABŞ dolları dəyərində (+55 %) 25 ton (+92 %) məhsul alıb.
Hesabat dövründə Azərbaycan 242 min ABŞ dolları dəyərində (-30 %) 1 min 797 ton (+1 %) orqanik gübrə ixrac edib.
Azərbaycan Gürcüstana 213 min ABŞ dolları dəyərində (-38 %) 1 min 776 ton (-0,4 %) və Türkiyəyə 28,6 min ABŞ dolları dəyərində 21,4 ton məhsul satıb.
Azərbaycan 6 il 6 aylıq fasilənin ardından Türkiyəyə orqanik gübrə tədarükünü bərpa edib.