Azərbaycan Türkiyədən tütün idxalına çəkdiyi xərci 3 dəfəyə yaxın artırıb

Biznes
  • 06 oktyabr, 2023
  • 13:25
Azərbaycan Türkiyədən tütün idxalına çəkdiyi xərci 3 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyədən 34,051 milyon ABŞ dolları dəyərində tütün idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,65 dəfə çoxdur.

Təkcə sentyabrda isə Türkiyə Azərbaycana 4,035 milyon ABŞ dolları dəyərində tütün ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 19,5 % azdır.

9 ayda Türkiyənin tütün ixracının ümumi dəyəri illik müqayisədə 21,3 % artaraq 0,711 milyard ABŞ dollarına, sentyabrda isə 4,1 % azalaraq 0,080 milyard ABŞ dollarına düşüb.

44 filmi