Azərbaycan Türkiyədən taxıl və paxlalıların idxalına çəkdiyi xərci 7 % azaldıb

Biznes
  • 05 oktyabr, 2023
  • 14:00
Azərbaycan Türkiyədən taxıl və paxlalıların idxalına çəkdiyi xərci 7 % azaldıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyədən 107,34 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 % azdır.

Təkcə sentyabrda isə Türkiyə Azərbaycana 12,194 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 9,3 % azdır.

9 ayda Türkiyənin taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarının ixracının ümumi dəyəri illik müqayisədə 11,9% artaraq 9,206 milyard ABŞ dollarına, sentyabrda isə 21,2 % artaraq 1,223 milyard ABŞ dollarına çatıb.