Azərbaycan Türkiyədən sement tədarükünə çəkdiyi xərci 43% artırıb

Biznes
  • 12 avqust, 2022
  • 12:55
Azərbaycan Türkiyədən sement tədarükünə çəkdiyi xərci 43% artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 31,372 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisi (TİM) məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42,5 % çoxdur.

Təkcə bu ilin iyul ayında isə Türkiyə Azərbaycana 3,754 milyon ABŞ dollarlıq sement, şüşə, keramika və torpaq məmulatları ixrac edib ki, bu da, illik müqayisədə 27,8 % çoxdur.

Bu ilin ilk 7 ayında Türkiyənin ümumi sement, şüşə, keramika və torpaq məmulatları ixracının dəyəri illik müqayisədə 25,8 % artaraq 3,247 milyard ABŞ dollarına, iyul ayında isə sement, şüşə, keramika və torpaq məmulatları ixracının dəyəri 17 % artaraq 0,418 milyard ABŞ dollarına çatıb.

44 filmi