Azərbaycan Türkiyədən qızıl-zinət məhsulları alışını kəskin artırıb

Biznes
  • 08 iyun, 2024
  • 10:35
Azərbaycan Türkiyədən qızıl-zinət məhsulları alışını kəskin artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 10,885 milyon ABŞ dolları dəyərində qızıl-zinət məhsulları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.

Təkcə mayda Türkiyə Azərbaycana 2,758 milyon ABŞ dollarlıq qızıl-zinət məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 4 114 % çoxdur.

Hesabat dövründə Türkiyənin qızıl-zinət məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 8,6 % azalaraq 2 milyard 391 milyon ABŞ dollarına, mayda isə 24,7 % artaraq 575 milyon ABŞ dollarına çatıb.