Azərbaycan Türkiyədən poladın idxalına çəkdiyi xərci 11 %-dən çox azaldıb

Biznes
  • 08 mart, 2025
  • 10:17
Azərbaycan Türkiyədən poladın idxalına çəkdiyi xərci 11 %-dən çox azaldıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 16,672 milyon ABŞ dolları dəyərində polad idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,1 % azdır.

Təkcə fevralda isə Türkiyə Azərbaycana 7,099 milyon ABŞ dolları dəyərində polad ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 9,3 % azdır.

Türkiyənin 2 ayda polad ixracının ümumi dəyəri illik müqayisədə 0,2 % artaraq 2 milyard 493 milyon ABŞ dolları, fevralda isə 9,7 % azalaraq 1 milyard 242 milyon ABŞ dolları olub. 

44 filmi