Azərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci 5 % artırıb

Biznes
  • 15 iyun, 2023
  • 12:12
Azərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci 5 % artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 52,092 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə (TİM) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 % çoxdur.

Təkcə mayda isə Türkiyə Azərbaycana 11,206 milyon ABŞ dolları dəyərində qara və əlvan metalları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 13,4 % çoxdur.

5 ayda Türkiyənin qara və əlvan metal ixracının ümumi dəyəri illik müqayisədə 16,4 % azalaraq 5,405 milyard ABŞ dollarına, may ayında isə 2 % azalaraq 1,142 milyard ABŞ dollarına düşüb.