Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci 3 %-dən çox azaldıb
- 04 mart, 2025
- 14:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 311,703 milyon ABŞ dolları dəyərində mal idxal edib.
“Report” Türkiyənin Ticarət Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,3 % azdır.
Türkiyənin Azərbaycana ixracı onun ümumi ixracının 0,9 %-ni təşkil edib.
Hesabat dövründə Türkiyənin ümumi ixracının dəyəri illik müqayisədə 2,5 % artaraq 36 milyard 510,004 milyon ABŞ dollarına çatıb.
Türkiyədən ən çox idxalı Almaniya (3,069 milyard ABŞ dolları; 1 il əvvələ nisbətən 0,3 % az), İngiltərə (2 072,604 milyard ABŞ dolları; 6,6 % çox), ABŞ (2,01 milyard ABŞ dolları; 4,6 % az) və İtalya (1,998 milyard ABŞ dolları; cüzi az) həyata keçirib.
Təkcə fevralda isə Türkiyədən Azərbaycana 152,284 milyon ABŞ dollarlıq mal ixrac edilib ki, bu da illik müqayisədə 13,6 % azdır. Türkiyənin Azərbaycana aylıq ixracı da ümumi ixracının 0,8 %-i qədər olub.