Azərbaycan Türkiyədən kimyəvi maddələrin idxalına çəkdiyi xərci 6 % azaldıb
- 03 fevral, 2024
- 11:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 35,7 milyon ABŞ dollarlıq kimyəvi maddələr və məhsullar idxal edib.
“Report” bu barədə Türkiyə Ticarət Nazirliyinə istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrünə nisbətən 6 % azdır. Türkiyənin Azərbaycana kimyəvi maddələr və məhsullar ixracı ümumi ixracının 24,5 %-ni təşkil edib.
Hesabat dövründə Türkiyənin ümumi kimyəvi maddələr və məhsullar ixracının dəyəri illik müqayisədə 2 % artaraq 2,346 milyard ABŞ dollarına çatıb. Ötən ay Türkiyədən ən çox kimyəvi maddələr və məhsullar idxalını Hollandiya (143 milyon ABŞ dolları; illik müqayisədə 11,1 % çox), ABŞ (139,6 milyon ABŞ dolları; illik müqayisədə 66,4 % çox) və İtaliya (128,7 milyon ABŞ dolları; illik müqayisədə 62,6 % çox) həyata keçirib.