Azərbaycan Türkiyədən geyim idxalına çəkdiyi xərci 71 % artırıb

Biznes
  • 07 aprel, 2023
  • 07:07
Azərbaycan Türkiyədən geyim idxalına çəkdiyi xərci 71 % artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Türkiyədən 23,015 milyon ABŞ dolları dəyərində geyim məhsulları idxal edib.

“Report” bu barədə Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verrir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 71 % çoxdur.

Təkcə martda isə Türkiyə Azərbaycana 7,393 milyon ABŞ dolları dəyərində geyim məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 25,5 % çoxdur.

I rübdə Türkiyənin geyim məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 4,4 % azalaraq 5,204 milyard ABŞ dolları, mart ayında isə 0,8 % azalaraq 1,997 milyard ABŞ dollarına düşüb.

44 filmi