Azərbaycan Türkiyədən elektronika məhsulları idxalına çəkdiyi xərci 27 % artırıb

Biznes
  • 15 iyun, 2023
  • 12:46
Azərbaycan Türkiyədən elektronika məhsulları idxalına çəkdiyi xərci 27 % artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 110,939 milyon ABŞ dolları dəyərində elektronika məhsulları idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.

Məlumata görə, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə 27,2 % çoxdur.

Təkcə may ayında Türkiyə Azərbaycana 16,645 milyon ABŞ dolları dəyərində elektronika məhsulları ixrac edib ki, bu da illik müqayisədə 6,7 % azdır.

Bu ilin 5 ayında Türkiyənin ümumi elektrik və elektronika məhsulları ixracının dəyəri illik müqayisədə 10,2 % artaraq 6,589 milyard ABŞ dollarına, may ayında isə 30,1 % artaraq 1,385 milyard ABŞ dollarına çatıb.

44 filmi