Azərbaycan Slovakiyadan sistern idxalını bərpa edib

Biznes
  • 25 yanvar, 2024
  • 14:00
Azərbaycan Slovakiyadan sistern idxalını bərpa edib

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 37,8 milyon ABŞ dolları dəyərində 3 min 427 ədəd sistern (yükün daşınması üçün yedək və yarımyedək) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 24 %, kəmiyyət olaraq – 19 % çoxdur.

Hesabat dövründə Azərbaycan Almaniyadan 27,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 21 % çoxdur) 2 min 641 ədəd (+15,5 %), Türkiyədən 3,3 milyon ABŞ dolları dəyərində (+57 %) 125 ədəd (-7 %), Polşadan 2,9 milyon ABŞ dolları dəyərində (+38 %) 292 ədəd (+36 %), Niderlanddan 1,1 milyon ABŞ dolları dəyərində (+5,4 dəfə) 75 ədəd (+4 dəfə), Fransadan 691 min ABŞ dolları dəyərində (-3 %) 69 ədəd (-3 %) sistern alıb.

Azərbaycan 1 il 5 aylıq fasilənin ardından Slovakiyadan (22,5 min ABŞ dolları dəyərində 3 ədəd) tədarükü bərpa edib.

2022-ci ildə Azərbaycana (26 ölkədən) idxal edilmiş 3 min 357 ədəd sisternin 78 %-i Almaniyanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti