Azərbaycan Slovakiyadan qaz sayğaclarının idxalını kəskin artırıb
- 26 sentyabr, 2023
- 12:05
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 1,5 milyon ABŞ dolları dəyərində 43 min 72 ədəd qaz sayğacı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 83 %, kəmiyyət olaraq – 84 % azdır.
Hesabat dövründə Azərbaycan Slovakiyadan 1,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 30 dəfə çoxdur) 38 min 430 ədəd (+591 dəfə), Almaniyadan 213,5 min ABŞ dolları dəyərində (+3,6 dəfə) 3 min 67 ədəd (+18 dəfə), Türkiyədən 87,2 min ABŞ dolları dəyərində (-50 %) 1 min 332 ədəd (-65 %), Polşadan 36,9 min ABŞ dolları dəyərində (-10 %) 43 ədəd (-34 %), Çindən 1,4 min ABŞ dolları dəyərində (-99,99 %) 200 ədəd (-99,93 %) sayğac alıb.
2022-ci ildə Azərbaycana (10 ölkədən) idxal edilmiş 400 min 492 ədəd qaz sayğacının 98,8 %-i Çinin payına düşüb.