Azərbaycan şirkəti xalis mənfəətini 2 dəfədən çox artırıb

Biznes
  • 29 iyul, 2025
  • 09:41
Azərbaycan şirkəti xalis mənfəətini 2 dəfədən çox artırıb

Azərbaycanda ticarət və istehsalat avadanlıqları, həmçinin müxtəlif sənaye sahələri üçün həllər təqdim edən "Alpa" ASC 2024-cü ili 81 min manat xalis mənfəətlə başa vurub.

"Report" səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 2,4 dəfə çoxdur.

Ötən il "Alpa"nın vergiyəqədərki mənfəəti 101 min manat (2,4 dəfə çox), mənfəət vergisi ödəmələri isə 20 min manat (2,4 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Alpa"nın aktivləri 118 min manat olub ki, bu da illik müqayisədə 84,4 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 6,7 % artaraq 32 min manata, balans kapitalı isə 2,5 dəfə artaraq 86 min manata, o cümlədən nizamnamə kapitalı 50 dəfə artaraq 5 min manata çatıb.

Xatırladaq ki, "Alpa" 2019-cu ildə dövlət qeydiyyatına alınıb.

44 filmi