Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlərini necə inkişaf etdirir?

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlərini necə inkişaf etdirir? “Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatənda (ŞƏT) müşahidəçi statusuna malik olmaq istəyir. Bu, ölkəmizə Çin və Rusiya ilə daha aktiv iqtisadi münasibətlər qurmağa imkan verəcək. Təşkilata üzvlük isə adı çəkilən ölkələrlə müdafiə sahəsində münasibətləri ge
Biznes
2 Mart , 2022 15:50
Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlərini necə inkişaf etdirir?

“Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) müşahidəçi statusuna malik olmaq istəyir. Bu, ölkəmizə Çin və Rusiya ilə daha aktiv iqtisadi münasibətlər qurmağa imkan verəcək. Təşkilata üzvlük isə adı çəkilən ölkələrlə müdafiə sahəsində münasibətləri genişləndirməyə imkan yaradacaq”.

Bunu “Report”a açıqlamasında Azərbaycanın ŞƏT-lə münasibətlərini və ölkəmizin bu təşkilatdakı mövqeyinin güclənməsi istiqamətində atılan addımları şərh edən iqtisadçı-ekspert Xalid Kərimli deyib.

"ŞƏT-də 3 səviyyədə status var. Bunların birincisi dialoq partnyoruluğu, ikincisi müşahidəçi, üçüncüsü isə tamhüquqlu üzvlükdür. Təşkilatı Türkmənistan istisna olmaqla digər Mərkəzi Asiya ölkələri yaradıb. Sonra isə Rusiya, Hindistan və Pakistan ona qoşulub. Təkcə onu demək kifayətdir ki, dünya əhalisinin 40%-i bu təşkilatda cəmlənir. Bəlkə də BMT-dən sonra ən böyük beynəlxalq təşkilatdır. Dünya ÜDM-nin 20%-dən çoxu məhz bu təşkilatda formalaşır. ŞƏT müdafiə paktı olmasa da, hərb sahəsində əməkdaşlıq da onun əsas istiqamətlərindəndir.

Nəhayət ən əhəmiyyətli komponentlərdən biri iqtisadi əməkdaşlıqdır. Təşkilatın demək olar ki, bütün üzvləri həm də Avrasiya İqtisadi Birliyinin üzvüdür. Bir növ bu təşkilat Çin və Rusiyanın başçılığı altında Avrasiya birliyidir, məqsəd ABŞ-ın, Avropa İttifaqının (Aİ) dünya maliyyə sistemində hökmranlığının qarşısını almaqdır. Çünki hazırda dünya ticarətində ödənişlərin təxminən 75%-i ABŞ dolları və avro üzərində qurulub. Məhz Qərbin maliyyə monopoliyasından qurtarmaq üçün bu təşkilat yaradılıb. Digər məqsəd isə Aİ-də olduğu kimi azad əmtəə ticarətinə şərait yaratmaqdır. Təşkilata üzv ölkələr gömrüksüz, problemsiz bir-birlərinin bazarına öz məhsullarını çıxara bilərlər.

Hesab edirəm ki, mövcud şəraitdə qarşıya çıxan imkanları itirmək istəməyən Azərbaycanın bu qərarı çox doğru addımdır. Tam üzv olmaq istəyi isə baş verəcək prosesləri analiz etmək, müsbət yaxud mənfi təsirləri müəyyən etməkdir”, - deyə o qeyd edib.

İqtisadçı-ekspert Eldəniz Əmirov isə deyir ki, ŞƏT-in Azərbaycan-Çin və Azərbaycan Pakistan münasibətlərinin daha da genişləndirlməsində xüsusi əhəmiyyəti var: "Təşkilatda 9 ölkə təmsil olunur ki, onlardan 3-ü yəni Rusiya, Pakistan və Çin Azərbaycanla xüsusi əməkdaşlıq edir. 3 ölkə isə müşahidəçi statusundadır. Həmçinin Azərbaycanın yüksək səviyyədə münasibətləri olan Orta Asiya və Asiya ölkələri də bu təşkilatda təmsil olunur.

Düşünürəm ki, Azərbaycanın bu təşkilatda üzvlük zamanı mövqeyinin möhkəmləndirilməsi ölkəmizin mövcud ixrac məhsullarını artıracağı təqdirdə yeni bazarlara çıxış imkanını artıracaq. Eyni zamanda da beynəlxalq arenada da Azərbaycanın mövqeyinin dəstəklənməsində mühüm rolu ola bilər”.

Bir neçə gün öncə Rusiyada səfərdə olan Prezident İlham Əliyev də TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü zamanı Azərbaycanın bu təşkilatdakı mövqeyini möhkəmləndirmək niyyətində olduğunu qeyd edib: “Biz müəyyən mənada artıq fəaliyyətə başlamışıq. Artıq neçə ildir ki, biz dialoq üzrə tərəfdaşıq. Bu, 1-ci pillədir. 2-ci pillə müşahidəçilərdir. Bir neçə il bundan əvvəl öz statusumuzu müşahidəçi statusuna qədər yüksəltmək üçün ŞƏT-in Katibliyinə rəsmən müraciət etmişik.

Təəssüf ki, bu məsələ indiyə qədər həll edilməyib. Mənim Rusiya rəhbərliyi ilə, Çin rəhbərliyi ilə və ŞƏT-in digər üzvləri ilə bu kontekstdə əlaqələrim onu göstərir ki, bizim statusumuzu yüksəltməmək üçün heç bir səbəb yoxdur. Lakin bizə məlum olmayan səbəblərə görə, bu məsələ indiyə qədər baş tutmur".

Son xəbərlər

Orphus sistemi