Azərbaycan sahibkarları Beynəlxalq Efiopiya Ticarət Sərgisinə dəvət olunub

Biznes
  • 18 sentyabr, 2015
  • 11:39
Azərbaycan sahibkarları Beynəlxalq Efiopiya Ticarət Sərgisinə dəvət olunub

Bakı. 18 sentyabr. REPORT.AZ/ Noyabrın 5-9-da Efiopiyanın Ticarət Palatası və Sektor Assosiasiyaları VIII Beynəlxalq Efiopiya Ticarət Sərgisi adlı tədbir təşkil edəcək.

Bu barədə "Report"a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) məlumat verilib. 

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr də sərgidə iştiraka dəvət olunur.