Azərbaycan Rusiyaya siqaret ixracını bərpa edib

Biznes
  • 26 fevral, 2024
  • 12:59
Azərbaycan Rusiyaya siqaret ixracını bərpa edib

2023-cü ildə Azərbaycan 14,3 milyon ABŞ dolları dəyərində 1 milyard 134 milyon ədəd siqaret ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 3 dəfə, kəmiyyət olaraq – 79 % çoxdur.

Hesabat dövründə Azərbaycan Gürcüstana 7,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 16 dəfə çoxdur) 498 milyon ədəd (+9 dəfə), Rusiyaya 5,6 milyon ABŞ dolları dəyərində 499 milyon ədəd, Omana 460 min ABŞ dolları dəyərində (-26 %) 72 milyon ədəd (-36 %), Çinə 392 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 55 milyon ədəd (+72 %) və İraqa 118 min ABŞ dolları dəyərində (+59 %) 10 milyon ədəd (-44 %) siqaret göndərib.

Azərbaycan 1 il 9 aylıq fasilənin ardından Rusiyaya siqaret tədarükünü bərpa edib.