Azərbaycan Rusiyadan pendir alışını kəskin artırıb
- 04 noyabr, 2023
- 13:30
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 16,5 milyon ABŞ dolları dəyərində 4,1 min ton pendir idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 8 %, kəmiyyət olaraq – 1 % çoxdur.
Hesabat dövründə Azərbaycan İrandan 2,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 32 % çoxdur) 1,6 min ton (+38 %), Litvadan 2,8 milyon ABŞ dolları dəyərində (+38 %) 525 ton (+27 %), Belarusdan 2,5 milyon ABŞ dolları dəyərində (+57 %) 500,4 ton (+66 %), Rusiyadan 2,5 milyon ABŞ dolları dəyərində (+50 %) 770 ton (+2,3 dəfə), Almaniyadan 2 milyon ABŞ dolları dəyərində (+13,3 %) 357 ton (-0,6 %) pendir alıb.
2022-ci ildə Azərbaycana (31 ölkədən) idxal edilmiş 25 milyon ABŞ dolları dəyərində pendirin 15,3 %-i Litvanın, 14,2 %-i Türkiyənin, 13,5 %-i Almaniyanın, 12,7 %-i İranın, 10,2 %-i Belarusun payına düşüb.