Azərbaycan Rusiyadan günəş eynəklərinin idxalını bərpa edib
- 09 noyabr, 2024
- 13:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 4,1 milyon ABŞ dolları dəyərində 1 milyon 462 min 619 ədəd günəş eynəyi idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 51 %, kəmiyyət olaraq – 26,4 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 2,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 74 % çoxdur) 1 milyon 424 min ədəd (+26 %), İtaliyadan 1,2 milyon ABŞ dolları dəyərində (+20 %) 13 min 789 ədəd (+27 %), Yaponiyadan 121,5 min ABŞ dolları dəyərində (+1,4 %) 575 ədəd (+20 %), Türkiyədən 89,5 min ABŞ dolları dəyərində (+70 %) 19 min 324 ədəd (+60 %), Fransadan 54,5 min ABŞ dolları dəyərində (+93 %) 279 ədəd (+5 dəfə) məhsul alıb.
Azərbaycan 2 il 9 aylıq fasilənin ardından Rusiyadan (0,8 min ABŞ dolları dəyərində 121 ədəd) tədarükü bərpa edib.