Azərbaycan Rusiyadan 17 ton konservləşdirilmiş ət məhsulları tədarük edib

Biznes
  • 06 avqust, 2024
  • 12:33
Azərbaycan Rusiyadan 17 ton konservləşdirilmiş ət məhsulları tədarük edib

Rusiyanın Kurqan vilayətindən Azərbaycana ümumi çəkisi 17 ton təşkil edən 3 partiya konservləşdirilmiş ət məhsulları ixrac edilib.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor) məlumat yayıb.

Bildirilib ki, xidmətin müvafiq idarəsi Azərbaycana göndərilən məhsullara baytarlıq nəzarəti tədbirləri həyata keçirib. İxrac edilən məhsul alıcı ölkənin tələblərinə cavab verib, onun keyfiyyəti və təhlükəsizliyi laboratoriya sınaqlarının aktları ilə təsdiqlənib.

Ümumilikdə ilin əvvəlindən Kurqan istehsalçısının 82,1 ton konserv məhsulları yoxlanılıb. Məhsulların 50,6 tonu Azərbaycana, 14,9 tonu Tacikistana, 16,6 tonu isə Özbəkistana göndərilib.