Azərbaycan Rusiya ilə yeni birgə müəssisələr yarada bilər

Biznes
  • 23 aprel, 2018
  • 10:14
Azərbaycan Rusiya ilə yeni birgə müəssisələr yarada bilər
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin
Report/ Orkhan Azim

Bakı. 23 aprel. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayeyin Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinlə görüşündə iki ölkənin yeni birgə müəssisələr yaratması məsələsi müzakirə olunub.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında M.Oreşkin məlumat verib.

O həmçinin deyib ki, Azərbaycan və Rusiya arasında yaradılmış işçi qrupu iki ölkənin ticarət dövriyyəsinin artırılmasına töhfə olub.

“Azərbaycanın Rusiyaya ixracı artıb. Ümid edirik ki, bu artım növbəti illərdə də olacaq”, - o qeyd edib.