Azərbaycan Qazaxıstandan cilalanmış şüşə tədarük etməyə başlayıb
- 06 iyun, 2024
- 13:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I rübündə Azərbaycan 3 milyon ABŞ dolları dəyərində 734 min kvadratmetr cilalanmış şüşə idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 21,4 %, kəmiyyət olaraq – 55 % çoxdur.
Hesabat dövründə Azərbaycan İrandan 1,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 48 % çoxdur) 456 min kvadratmetr (+94 %), Rusiyadan 1,2 milyon ABŞ dolları dəyərində (+15,3 %) 259 min kvadratmetr (+37 %), Qazaxıstandan 34,55 min ABŞ dolları dəyərində 13,8 min kvadratmetr, Türkiyədən 21,5 min ABŞ dolları dəyərində (+1 074 dəfə) 4,75 min kvadratmetr (+475 dəfə) və Çindən 6,15 min ABŞ dolları dəyərində (+35 %) 0,01 min kvadratmetr (dəyişməyib) məhsul alınıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qazaxıstandan tədarük həyata keçirilib.