Azərbaycan Qazaxıstana duz tədarükünü bərpa edib
- 22 avqust, 2023
- 10:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Azərbaycan 750 min ABŞ dolları dəyərində 6 min 413 ton duz (qida üçün yararlı, yodlaşdırılmış) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 31 %, kəmiyyət olaraq – 40 % azdır.
Azərbaycan Gürcüstana 369 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 28 % azdır) 2 min 328 ton (-39 %), Rusiyaya 358 min ABŞ dolları dəyərində (-37 %) 3 min 883 ton (-43 %), Ukraynaya 12,2 min ABŞ dolları dəyərində (+33 %) 100 ton (+67 %), Qazaxıstana 9,7 min ABŞ dolları dəyərində 100 ton, Kanadaya 0,44 min ABŞ dolları dəyərində (+3 dəfə) 1,7 ton (+8,5 dəfə) məhsul göndərib.
Azərbaycan 4 il 3 aylıq fasilənin ardından Qazaxıstana duz tədarükünü bərpa edib.
Hesabat dövründə Azərbaycana xarici ölkələrdən 560 min ABŞ dolları dəyərində (-5 %) 4 min 700 ton (-7 %) duz gətirlib.
Azərbaycana İrandan 250 min ABŞ dolları dəyərində (+0,8 %) 3 min 124 ton (-1,2 %), Rusiyadan 195 min ABŞ dolları dəyərində (+88 %) 1 min 344 ton (+2,2 dəfə), Türkiyədən 44 min ABŞ dolları dəyərində (-28 %) 94 ton (-57 %), Pakistandan 20 min ABŞ dolları dəyərində (-33 %) 25,81 ton (+4 %), Çindən 17,2 min ABŞ dolları dəyərində (+22 dəfə) 0,6 ton (+3,4 dəfə) məhsul alıb.