Azərbaycan-Qazaxıstan Biznes Forumu çərçivəsində bir sıra sənədlər imzalanıb
Biznes
- 07 iyun, 2022
- 06:17
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və Qazaxıstan arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
“Report” xəbər verir ki, imzalanma mərasimi Bakıda keçirilən Azərbaycan-Qazaxıstan Biznes Forumu çərçivəsində baş tutub.
Belə ki, “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi” SC-nin baş direktoru Azamat Askarulı və “Gəncə İş Adamları” İctimai Birliyinin sədri Zəfər Məmmədov əməkdaşlıq haqqında memorandum imzalayıblar.
Bundan başqa, metal məhsullarının, günəbaxan yağının, duzun, düyünün, lak və boya məhsullarının tədarükü haqqında memorandum sənədi imzalanıb. Tədbirdə, həmçinin Qazaxıstan Standartlaşdırma və Metrologiya İnstitutu və “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ (AZSTAND) arasında saziş imzalanıb.
Son xəbərlər
10:41
"Araz-Naxçıvan" Azərbaycan çempionatlarının yüksək dəstəsində 40-cı heç-heçəsini edib
Futbol
10:39
DSMF: Oktyabrda 152 min nəfər xüsusi şərtlərlə əmək pensiyası alıb
Maliyyə
10:32
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Region
10:30
"Qarabağ" komandası 11 ildən sonra Premyer Liqada ardıcıl üç oyunda heç-heçə edib
Futbol
10:29
Qazaxıstan Atırau-Samara kəməri ilə neft nəqlini bərpa edib
Energetika
10:27
Azərbaycan neftinin qiyməti 116 dollara düşüb
Energetika
10:25
Foto
Azərbaycanda "Quşçuluq qrupu" fəaliyyətə başlayıb
ASK
10:24
Gürcüstandan Azərbaycana 433 mobil telefonun keçirilməsinin qarşısı alınıb
Biznes
10:23
Hindistan gəmisi Oman sahillərində hücuma məruz qalıb, 1 heyət üzvü həlak olub
Digər ölkələr