Azərbaycan Portuqaliyadan konservləşdirilmiş zeytun alışını bərpa edib

Biznes
  • 28 noyabr, 2023
  • 11:32
Azərbaycan Portuqaliyadan konservləşdirilmiş zeytun alışını bərpa edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 2,8 milyon ABŞ dolları dəyərində 1 min 275 ton hazır və ya konservləşdirilmiş zeytun idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 23 %, kəmiyyət olaraq – 17 % çoxdur.

Hesabat dövründə Azərbaycan İspaniyadan 1,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4 % çoxdur) 580 ton (-13 %), Türkiyədən 1,1 milyon ABŞ dolları dəyərində (+41 %) 575 ton (+53 %), Yunanıstandan 199 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 85,1 ton (+2,6 dəfə), Almaniyadan 39 min ABŞ dolları dəyərində (+205 dəfə) 19 ton (+475 dəfə), Portuqaliyadan 29,3 min ABŞ dolları dəyərində 10,45 ton məhsul alıb.

Azərbaycan 1 il 9 aylıq fasilənin ardından Portuqaliyadan tədarükü bərpa edib.

2022-ci ildə Azərbaycana (11 ölkədən) idxal edilmiş 1,6 min ton konservləşdirilmiş zeytunun 59,3 %-i İspaniyanın, 36 %-i Türkiyənin payına düşüb.

44 filmi