Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyası yaradılıb

Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyası yaradılıb Azərbaycanda özəl təhsil sahəsində yeni ictimai qurum - Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyası yaradılıb.
Biznes
2 İyun , 2022 12:32
Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyası yaradılıb

Azərbaycanda özəl təhsil sahəsində yeni ictimai qurum - Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyası yaradılıb.

"Report"un məlumatına görə, 20 üzvü olan assosiasiya İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə yaradılıb.

Məqsəd özəl təhsil müəssisələri arasında səmərəli əməkdaşlığı təmin etmək, özəl təhsil sektorunun və yüksək rəqabətli insan kapitalının inkişafına töhfə verməkdir.

Assosiasiya özəl təhsil sektorunun rəqabətliliyini təmin etmək məqsədilə özəl təhsil müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, ümumi bazar payının və müvafiq sahədə çalışanların peşəkarlıq səviyyəsinin artırılması üçün bazar araşdırması, sektoral tədqiqatlar, təlimlər həyata keçirəcək, kadr hazırlığının təmin olunmasına dəstək göstərəcək. Assosiasiya bu tədbirlərin reallaşdırılması üçün dövlət və qeyri-dövlət qurumları ilə sıx əməkdaşlıq etməyi planlaşdırır.

Xatırladaq ki, bu il mayın 31-də KOBİA-nın dəstəyi və Agentlik yanında İctimai Şuranın təşkilatçılığı, eləcə də təhsil naziri Emin Əmrullayevin, müvafiq dövlət qurumlarının və özəl təhsil sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin iştirakı ilə yeni ictimai birliyin təqdimatı keçirilib.

Son xəbərlər

Orphus sistemi