Azərbaycan özəl sektoru İndoneziya iqtisadiyyatına sərmayə yatırmaq niyyətindədir
- 31 yanvar, 2022
- 15:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan özəl sektoru İndoneziyanın Qərbi Nusa Tenqqara əyalətinə məxsus Lombok adasında qarğıdalı emalı müəssisəsinin tikintisi imkanlarını araşdırır.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, müəssisə tikintisi üçün torpaq ayrılmasına dair əyalət hökumətinə müvafiq qaydada müraciət göndərilib. Bu barədə əyalət sərmayə və lisenziya departamentinin rəhbəri Məhəmməd Rum bildirib. Müəssisə qarğıdalı unu və pəhriz şəkəri istehsal edəcək.
“Şimali Lombok dairəsinin yaxınlığında yerləşən liman vasitəsilə məhsulların daşınması və ixracatı əlverişli olduğuna görə sərmayədarlar buranı seçiblər” – deyən M.Rum qeyd edib ki, gələcək müəssisə üçün xammalı Lombok və Sumbava adalarından gətirmək nəzərdə tutulur.
Azərbaycanlı sərmayədarların həmçinin Şimali Lombok dairəsindəki Santonq dağında günəş elektrik stansiyaları tikintisinə də vəsait yatırmaq fikrində olduqları bildirilir.