Azərbaycan Özbəkistandan badam alışını 17 dəfə artırıb
- 30 may, 2024
- 13:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I rübündə Azərbaycan xaricdən 1,7 milyon ABŞ dolları dəyərində 308 ton badam alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 23 %, kəmiyyət olaraq – 22 % çoxdur.
Hesabat dövründə Azərbaycana Amerika Birləşmiş Ştatlarından (ABŞ) 1,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 14 % çoxdur) 271 ton (+15 %), Avstraliyadan 229 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 33,1 ton (+2,5 dəfə), Gürcüstandan 13,2 min ABŞ dolları dəyərində 2 ton (bir il əvvəl tədarük olmayıb), Özbəkistandan 8,3 min ABŞ dolları dəyərində (+17 dəfə) 1,2 ton (+17 dəfə), Türkiyədən 2,4 min ABŞ dolları dəyərində (-84 %) 0,3 ton (-84 %) məhsul gətirilib.
2023-cü ildə Azərbaycana 13 ölkədən idxal edilmiş 717 ton badamın 90,2 %-i ABŞ-nin payına düşüb.