Azərbaycan Nigeriya ilə ticarət əlaqələri qurmaq niyyətindədir
- 16 noyabr, 2017
- 06:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycanın Nigeriyadakı nümyəndəsi Billurə Bernard nigeriyalı biznesmenləri Azərbaycanla ticarət əlaqələri qurmağa və ölkəyə sərmayə qoymağa çağırıb.
"Report" Nigeriya KİV-inə istinadən xəbər verir ki, o, bu barədə yerli mətbuata müsahibəsində bildirib.
B.Bernard hazırda Azərbaycan və Nigeriya arasında birbaşa iqtisadi və mədəni əlaqələr olmadığını, buna görə də hər iki ölkənin biznes operatorları və investorları arasında əlaqələrin yaradılması istiqamətində işlədiyini açıqlayıb.
"Bu gün Azərbaycanda bir sıra şirkətlərin böyük Nigeriya bazarının üstünlüklərindən faydalanmağa və ona sərmayə qoymağa marağı artır", - nümayəndə vurğulayıb.
B.Bernard hazırda biznes dünyası və investorlar üçün Azərbaycanın mövcud imkanlarının təqdimatı üzərində işlədiyini bildirib. O, artıq Nigeriyanın böyük iş adamlarından olan Əlhacı Aliko Danqoti ilə görüşdüyünü və onunla Nigeriya-Azərbaycan ticarət əlaqələrinin inkişafı məsələsini müzakirə etdiyini açıqlayıb.
Azərbaycan nümayəndəsi Nigeriya və Azərbaycanda mədəni festivallar, eləcə də qarşılıqlı işgüzar səfərlər təşkil etməyə hazır olduğunu söyləyib.