Azərbaycan Mərakeş və Səudiyyə Ərəbistanına təbii bal ixrac etməyə başlayıb
- 23 fevral, 2024
- 13:16
2023-cü ildə Azərbaycandan xarici ölkələrə 81 min ABŞ dolları dəyərində 3,65 ton təbii bal göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 4 dəfə, kəmiyyət olaraq – 5 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Səudiyyə Ərəbistanına 39,9 min ABŞ dolları dəyərində 2,2 ton, Təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 23,95 min ABŞ dolları dəyərində (+47 %) 0,8 ton (+26 %), Qətərə 14,7 min ABŞ dolları dəyərində (+10 dəfə) 0,6 ton (+10 dəfə), Birləşmiş Ərəb Əmirliklərinə 1,8 min ABŞ dolları dəyərində 0,05 ton (bir il əvvəl tədarük olmayıb) və Mərakeşə 0,2 min ABŞ dolları dəyərində 0,01 ton bal satıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Səudiyyə Ərəbistanına və Mərakeşə tədarük həyata keçirilib.