Azərbaycan mebel idxalına çəkdiyi xərci 22 %-dən çox artırıb
- 17 oktyabr, 2023
- 08:04
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 98,755 milyon ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni ayları ilə müqayisədə 22,3 % çoxdur.
9 ay ərzində mebel və onun ehtiyat hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,8 %-ni təşkil edib.
Xatırladaq ki, yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 103 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,8 % azdır.
9 aylıq xarici ticarət dövriyyəsinin 26 milyard 489 milyon ABŞ dolları ixracın, 12 milyard 614 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 10,3 % azalıb, idxal isə 22,5 % artıb.
Son nəticədə xarici ticarətdə 13 milyard 875 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 27,8% azdır.