Azərbaycan may ayında Cənubi Koreyaya ixrac missiyası təşkil edəcək

Azərbaycan may ayında Cənubi Koreyaya ixrac missiyası təşkil edəcək Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycan bu il mayın 20-25-də Cənubi Koreyanın paytaxtı Seula ixrac missiyasını təşkil edəcək.
Biznes
16 Fevral , 2019 13:42
Azərbaycan may ayında Cənubi Koreyaya ixrac missiyası təşkil edəcək

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycan bu il mayın 20-25-də Cənubi Koreyanın paytaxtı Seula ixrac missiyasını təşkil edəcək.

"Report"un məlumatına görə, artıq İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) missiyada iştirak üçün sənəd qəbulu elan edib.

Qida məhsulları, spirtli içkilər, o cümlədən şərab istehsalı ilə məşğul olan sahibkarlar Fonda müraciət edə bilərlər.

İxrac missiyasında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcək. Müsabiqənin təşkilatçısı AZPROMO-dur.

Son xəbərlər

Orphus sistemi