Azərbaycan Kanadaya elektrik naqillərin ixracını bərpa edib
- 12 avqust, 2024
- 13:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycan 5,2 milyon ABŞ dolları dəyərində 1 207 ton elektrik naqili (1 000 V-dan çox olmayan/çox gərginlik üçün) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 36 %, kəmiyyət olaraq – 19 % çoxdur.
Hesabat dövründə Azərbaycan Gürcüstana 2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 71 % çoxdur) 589 ton (+53 %), Ukraynaya 1,7 milyon ABŞ dolları dəyərində (+5 dəfə) 428 ton (+5,5 dəfə), Fələstinə 261 min ABŞ dolları dəyərində 95,2 ton (bir il əvvəl tədarük olmayıb), Tacikistana 238 min ABŞ dolları dəyərində 41 ton (bir il əvvəl tədarük olmayıb), Qazaxıstana 202 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 25,2 ton (+67 %) məhsul satıb.
Azərbaycan 4 il 4 aylıq fasilənin ardından Kanadaya (9,3 min ABŞ dolları dəyərində 0,2 ton) tədarükü bərpa edib.