Azərbaycan İtaliya və Rumıniyadan ev heyvanı tədarük etməyə başlayıb
- 09 oktyabr, 2023
- 08:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 12,9 milyon ABŞ dolları dəyərində 3 min 813 ədəd iribuynuzlu ev heyvanı (düyə, inək və digərləri) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 41 %, kəmiyyət olaraq – 21 % çoxdur.
Hesabat dövründə Azərbaycan Uruqvaydan 6,7 milyon ABŞ dolları dəyərində 2 min ədəd (bir il əvvəl tədarük olmayıb), Estoniyadan 1,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 53 % azdır) 325 ədəd (-57 %), Almaniyadan 1,1 milyon ABŞ dolları dəyərində (-19 %) 371 ədəd (-29 %), Danimarkadan 1,1 milyon ABŞ dolları dəyərində 311 ədəd (1 il 2 aydan sonra tədarük bərpa edilib), Avstriyadan 939 min ABŞ dolları dəyərində (-65 %) 259 ədəd (-69 %) mal-qara alıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İtaliyadan (487 min ABŞ dolları dəyərində 144 ədəd) və Rumıniyadan (418,2 min ABŞ dolları dəyərində 97 ədəd) tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycana (10 ölkədən) idxal edilmiş 7 min 881 ədəd mal-qaranın 40,6 %-i Uruqvayın, 15 %-i Estoniyanın, 13,7 %-i Avstriyanın, 11,5 %-i Türkiyənin payına düşüb.