"Azərbaycan istehsalı olan meyvə şirələri dünyanın 50-ə yaxın ölkəsinə göndərilir".
"Report" xəbər verir ki, bunu Azərbaycan İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bu gün Bakıda keçirilən Avrasiya forumunda bildirib.
Onun sözlərinə görə, Azərbaycan iqlim şəraitindən yararlanaraq fərqli kənd təsərrüfatı məhsullarını yetişdirir: "Azərbaycanda meyvə şirələrin hazırlanması ənənəvi sahədir. Meyvə şirələrinin istehsalı ümumi istehsal sahəsinin 40 faizini təşkil edir".
Nazir müavini vurğulayıb ki, ötən il 29 milyon litr meyvə şirələri istehsal edilib, 2017-ci ildə isə bu göstərici 22 milyon litr təşkil edib: "Ən böyük məqsədlərdən biri meyvə şirələrin ixracını genişləndirməkdir".
USAİD-in missiya direktoru Jay Singh çıxışı zamanı bildirib ki, Azərbaycanın meyvə şirələri istehsalı sahəsində olan potensialı tam kəşf edilməyib.
Onun sözlərinə görə, Azərbaycanda meyvə şirələrin istehsalı sahəsində potensial böyükdür: "Bu yeni meydana gələn bazardır".
O əlavə edib ki, Azərbaycana daha çox texniki dəstək istiqamətində köklənmişik: "Azərbaycanın qeyri-neft sektorunun genişlənməsi vacibdir".