Azərbaycan İstanbuldan dəniz və heyvandarlıq məhsullarının idxalını artırıb

Biznes
  • 29 avqust, 2023
  • 12:39
Azərbaycan İstanbuldan dəniz və heyvandarlıq məhsullarının idxalını artırıb

Bu ilin iyul ayında Azərbaycan Türkiyənin İstanbul şəhərindən 819 min ABŞ dolları dəyərində 224 ton dəniz və heyvandarlıq məhsulları idxal edib.

“Report” İstanbul İxraçatçılar Birliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2 % və 0,9 % çoxdur.

Ötən ay İstanbuldan ümumilikdə 79,595 milyon ABŞ dolları dəyərində 34 605 ton dəniz və heyvandarlıq məhsulları ixrac edilib. Bu isə 1 il əvvələ nisbətən müvafiq olaraq 11,3 % və 4,7 % azdır.

44 filmi