Azərbaycan İsrailə zeytun yağı tədarük etməyə başlayıb
- 27 may, 2024
- 09:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Azərbaycan 1,6 milyon ABŞ dolları dəyərində 254 ton zeytun yağı ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 28 dəfə, kəmiyyət olaraq – 23 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan İspaniyaya 674 min ABŞ dolları dəyərində 110 ton (bir il əvvəl tədarük olmayıb), Rusiyaya 403 min ABŞ dolları dəyərində 50 ton (bir il əvvəl tədarük olmayıb), İsrailə 222 min ABŞ dolları dəyərində 44 ton, Türkiyəyə 163 min ABŞ dolları dəyərində 29 ton (bir il əvvəl tədarük olmayıb), Gürcüstana 69 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 9,4 ton (+95 %) məhsul satıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İsrailə tədarük həyata keçirilib.