Azərbaycan İraqa vafli ixracını 38 dəfə artırıb
- 04 iyul, 2024
- 14:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 1,3 milyon ABŞ dolları dəyərində 617,5 ton vafli və vafli həbləri ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 7 % azdır.
Hesabat dövründə Azərbaycan Yəmənə 549,5 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 43 % azdır) 231 ton (-37 %), Gürcüstana 563 min ABŞ dolları dəyərində (+16 %) 287 ton (+23 %), İraqa 146 min ABŞ dolları dəyərində (+25 dəfə) 68 ton (+38 dəfə), Rusiyaya 32 min ABŞ dolları dəyərində (+16 dəfə) 10 ton (+13 dəfə), İrana 19,4 min ABŞ dolları dəyərində (-3 %) 9,52 ton (+2 %) məhsul satıb.
2023-cü ildə Azərbaycandan 20 ölkəyə ixrac edilmiş 1 min 586 ton vaflinin 49,4 %-i Gürcüstanın, 36,9 %-i Yəmənin payına düşüb.