Azərbaycan İrandan toyuq əti alışını kəskin artırıb
- 27 noyabr, 2023
- 14:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 29,6 milyon ABŞ dolları dəyərində 19 min 189 ton toyuq əti (təzə və ya soyudulmuş, dondurulmuş) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 11 %, kəmiyyət olaraq 10 % azdır.
Hesabat dövründə Azərbaycana Rusiyadan 11,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 39 % çoxdur) 7 min 377 ton (+82 %), Ukraynadan 11,1 milyon ABŞ dolları dəyərində (-32 %) 7 min 404 ton (-36 %), Gürcüstandan 4,5 milyon ABŞ dolları dəyərində (+26 %) 2 min 329 ton (-5 %), Belarusdan 2,25 milyon ABŞ dolları dəyərində (-55 %) 1 min 548 ton (-52 %), İrandan 344 min ABŞ dolları dəyərində (+43 dəfə) 520 ton (+26 dəfə) məhsul gətirilib.
2022-ci ildə Azərbaycana (13 ölkədən) idxal edilmiş 32 min 384 ton toyuq ətinin 56,2 %-i Ukraynanın, 19,8 %-i Rusiyanın payına düşüb.