Azərbaycan İnvestisiya Holdinqi OECD ilə əməkdaşlıq layihəsinin icrasını yekunlaşdırmaq üzrədir

Azərbaycan İnvestisiya Holdinqi OECD ilə əməkdaşlıq layihəsinin icrasını yekunlaşdırmaq üzrədir Azərbaycan İnvestisiya Holdinqi (AİH) ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) arasında əməkdaşlıq layihəsinin icrası yekunlaşmaq üzrədir.
Biznes
2 Oktyabr , 2024 17:55
Azərbaycan İnvestisiya Holdinqi OECD ilə əməkdaşlıq layihəsinin icrasını yekunlaşdırmaq üzrədir

Azərbaycan İnvestisiya Holdinqi (AİH) ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) arasında əməkdaşlıq layihəsinin icrası yekunlaşmaq üzrədir.

“Report” bu barədə Holdinqə istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı OECD-yə üzv olan və digər ölkələrin nümayəndələrinin iştirakı ilə Bakıda tədbir keçiriləcək. Tədbirdə Türkiyə, Ukrayna, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Çin, Cənubi Koreya, Sinqapur, İndoneziya, Monqolustan, Avstriya, Macarıstan, Niderland, Böyük Britaniya, İtaliya, Fransa və ABŞ-dan nümayəndələrin iştirakı gözlənilir. Tədbir zamanı AİH və onun portfel şirkətlərinin ümumi məlumatları nümayiş etdiriləcək.

Qonaqlar üçün İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğuna yerləşən, Azərbaycan tarixi ilə bağlı zəngin eksponatlara malik 2 muzeyə ekskursiya təşkil ediləcək.

Son xəbərlər

Orphus sistemi