Azərbaycan ilə Şarca əmirliyi iqtisadi əlaqələri gücləndirir

Azərbaycan ilə Şarca əmirliyi iqtisadi əlaqələri gücləndirir Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycanın iqtisadi nümayəndə heyəti BƏƏ-nin Şarca əmirliyinin Ticarət və Sənaye Palatası (TSP) ilə iqtisadi əməkdaşlığın inkişafı və tərəfdaşlıq əlaqələrinin yaradılması yolları ilə bağlı danışıqlar aparıb.
Biznes
10 Dekabr , 2018 12:44
Azərbaycan ilə Şarca əmirliyi iqtisadi əlaqələri gücləndirir
0 : 00
0 : 00

Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycanın iqtisadi nümayəndə heyəti BƏƏ-nin Şarca əmirliyinin Ticarət və Sənaye Palatası (TSP) ilə iqtisadi əməkdaşlığın inkişafı və tərəfdaşlıq əlaqələrinin yaradılması yolları ilə bağlı danışıqlar aparıb.

"Report" Ərəb KİV-inə istinadən xəbər verir ki, görüş zamanı tərəflər əməkdaşlıq perspektivlərini və BƏƏ ilə Azərbaycanın işgüzar dairələrinin qarşılıqlı təsir imkanlarını müzakirə ediblər.

Şarca TSP-nin idarə heyətinin üzvü Abdulla İbrahim Deaifis son beş il ərzində Azərbaycanla əlaqələrin sürətlə inkişaf etdiyini deyib.

O, həmçinin Şarca TSP-nin Azərbaycanın biznes ictimaiyyəti ilə əməkdaşlıq körpüləri qurulmasında maraqlı olduğunu vurğulayıb. 

Onun sözlərinə görə, Şarcada 20 Azərbaycan şirkətinin fəaliyyət göstərməsini, Şarcadan Azərbaycana ixracın və yenidən ixracın bu ilin noyabr ayına qədər 53 milyon dirhəm təşkil etməsini nəzərə alaraq, sərmayə imkanları güclü strateji tərəfdaşlıqları təmin edəcək.

Görüş zamanı bildirilib ki, BƏƏ vətəndaşları üçün vizaların ləğv edilməsi Azərbaycana turist axını sayının ildə təxminən 50 minə yaxın artmasına gətirib çıxarıb. Bundan əlavə, bu amil iki ölkə arasında aviareyslərin sayının artmasına da təsir edib. İndi həftədə 30 reys həyata keçirilir ki, bu da hər iki ölkənin xalqları arasında əlaqəni yaxşılaşdırmağa kömək edir və biznes sektorlarının inkişafına töhfə verir.

Son xəbərlər

Orphus sistemi