Azərbaycan iki ölkəyə akkumulyator tədarükünü bərpa edib
- 22 avqust, 2023
- 08:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Azərbaycana 16,8 milyon ABŞ dolları dəyərində 1 milyon 453 min 615 ədəd akkumulyator idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 23,4 %, kəmiyyət olaraq – 97 % çoxdur.
Azərbaycan Çindən 4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 94 % çoxdur) 1 milyon 212 min 63 ədəd (+2,6 dəfə), Türkiyədən 3,3 milyon ABŞ dolları dəyərində (+11 %) 70 min 763 ədəd (-0,8 %), Qazaxıstandan 2,6 milyon ABŞ dolları dəyərində (+13,4 %) 68 min 432 ədəd (-1,6 %), Rusiyadan 1,5 milyon ABŞ dolları dəyərində (-2,3 %) 29 min 49 ədəd (-13,6 %), Belarusdan 841,3 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 19 min 945 ədəd (+2,4 dəfə) məhsul alıb.
Hesabat dövründə Azərbaycandan 182,2 min ABŞ dolları dəyərində (+54 %) 1 min 688 ədəd (+14 dəfə) akkumulyator ixrac edilib.
Azərbaycan Türkiyəyə 149,7 min ABŞ dolları dəyərində 1 min 581 ədəd, Gürcüstana 23,1 min ABŞ dolları dəyərində 13 ədəd, Təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 2,3 min ABŞ dolları dəyərində (-17 %) 58 ədəd (-27 %), Amerika Birləşmiş Ştatlarına 2 min ABŞ dolları dəyərində (+37 %) 9 ədəd (+29 %), Lüksemburqa 1,7 min ABŞ dolları dəyərində (-20 %) 10 ədəd (-9 %) məhsul satıb.
Azərbaycan 2 il 7 aylıq fasilənin ardından Türkiyəyə və 2 ilin tamamında Gürcüstana tədarükü bərpa edib.