Azərbaycan iki ölkədən sistern idxalını bərpa edib

Biznes
  • 08 dekabr, 2023
  • 13:10
Azərbaycan iki ölkədən sistern idxalını bərpa edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 34 milyon ABŞ dolları dəyərində 3 min 127 ədəd sistern (yükün daşınması üçün yedək və yarımyedək) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 59 %, kəmiyyət olaraq – 55 % çoxdur.

Hesabat dövründə Azərbaycan Almaniyadan 25 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 58 % çoxdur) 2 min 441 ədəd (+55 %), Türkiyədən 3,1 milyon ABŞ dolları dəyərində (+57 %) 109 ədəd (-7 %), Polşadan 2,3 milyon ABŞ dolları dəyərində (+50 %) 242 ədəd (+58 %), Niderlanddan 1,1 milyon ABŞ dolları dəyərində (+10,2 dəfə) 71 ədəd (+6,5 dəfə), Fransadan 599 min ABŞ dolları dəyərində (+15,2 %) 61 ədəd (+9 %) sistern alıb.

Azərbaycan 7 il 5 aylıq fasilənin ardından Birləşmiş Ərəb Əmirliklərindən (53 min ABŞ dolları dəyərində 6 ədəd) və Kanadadan (3,1 min ABŞ dolları dəyərində 4 ədəd) tədarükü bərpa edib.

2022-ci ildə Azərbaycana (26 ölkədən) idxal edilmiş 3 min 357 ədəd sisternin 78 %-i Almaniyanın payına düşüb.