Azərbaycan iki ölkədən konservləşdirilmiş zeytun alışını bərpa edib

Biznes
  • 05 mart, 2024
  • 12:58
Azərbaycan iki ölkədən konservləşdirilmiş zeytun alışını bərpa edib

2023-cü ildə Azərbaycana 4,2 milyon ABŞ dolları dəyərində 1 min 915 ton hazır və ya konservləşdirilmiş zeytun idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 29 %, kəmiyyət olaraq – 18 % çoxdur.

Hesabat dövründə Azərbaycan İspaniyadan 2,15 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 15 % çoxdur) 891 ton (-8 %), Türkiyədən 1,8 milyon ABŞ dolları dəyərində (+44 %) 896 ton (+53 %), Yunanıstandan 206 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 88,2 ton (+2,6 dəfə), Almaniyadan 39,1 min ABŞ dolları dəyərində (+10 dəfə) 19 ton (+16 dəfə), Portuqaliyadan 29,3 min ABŞ dolları dəyərində 10,45 ton məhsul alıb.

Azərbaycan 1 il 11 aylıq fasilənin ardından İrandan (0,2 min ABŞ dolları dəyərində 0,05 ton) və 1 il 9 aylıq aradan sonra Portuqaliyadan tədarükü bərpa edib.

2022-ci ildə Azərbaycana 11 ölkədən idxal edilmiş 1,6 min ton konservləşdirilmiş zeytunun 59,3 %-i İspaniyanın, 36 %-i Türkiyənin payına düşüb.